Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mən olsaydım Diana ölməzdi" 

Yol qəzasında dünyasını dəyişən Uels şahzadəsi Diananın yaxın mühafizəçisi Li Sansum xatirələrindən bəhs edən kitab yazıb.

Nikol Kidman, Tom Kruz, Pele, Silvestr Stallone kimi məşhurların da cangüdəni olan Sansum, "Diana Parisdə öldüyü gün məzuniyyətdə idim. Mən olsaydım, bu gün sağ olardı" deyib.

"Rambo" ləqəbli Sansum “Qəza zamanı təhlükəsizlik kəmərlərinin bağlanmadığını öyrənəndə çox pis oldum. O, kəmər taxmağı sevmirdi. Ona görə də həmişə təkid etməli olurdum", - deyə o, xatirə kitabında qeyd edib.

Bildirək ki, 31 avqust 1997-ci ildə səhər saatlarında Diana Parisdə Pont de l'Alma tunelində yol qəzasında ölümcül yaralanır. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun ölümünə səbəb olur. Diana Fayedin Conikal adlı ailə yaxtasında Fransız və İtalyan Rivierasında onunla doqquz günlük tətildən sonra Londona qayıdırdı. Nə Fayed, nə də Diana təhlükəsizlik kəməri taxmışdılar. 2 saat ərzində həkimlər ölümcül yaralanmış Diananın həyatını xilas etməyə çalışdılar. Lakin saat 4-də Şahzadə Diana dünyasını dəyişdi. Təkcə Diananın mühafizəçisi Trevor Riz-Cons qəzadan sağ çıxıb. Fransa məhkəməsinin ilkin tədqiqatları qəzanın Henri Paulun içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyi məlumatı ilə nəticələnir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar